“Forbes” jurnalı Azərbaycanı turizm baxımından ən cəlbedici ölkələrin siyahısına daxil edib

MƏDƏNİYYƏT
16:06 20.08.2014
1790
"Forbes" jurnalı Azərbaycanı və Belarusu postsovet məkanında turizm baxımından ən cəlbedici ölkələrin siyahısına daxil edib. 
Jurnal Belarusu səciyyələndirən aşağıdakı əlamətlərə diqqəti cəlb edir: təmizlik, səliqə-sahman, sakit həyat tərzi, cinayətkarlıq səviyyəsinin aşağı olması, işsizliyin olmaması, keyfiyyətli qida məhsullarının və xidmətlərin qiymətlərinin aşağı olmasıdır (xüsusilə Moskva qiymətləri ilə müqayisədə).
Jurnal Belarus ilə tanışlığı Minskdən başlamağı məsləhət görür. Brest qalasının turizm imkanları da tərifə layiqdir. Belarusdakı sanatoriyalar da diqqətdən kənarda qalmayıb. Məqalədə göstərilir ki, artıq xərc çəkmədən səhhətini yaxşılaşdırmaq arzusunda olanlar üçün Belarus əla seçimdir.Reytinq siyahısına Azərbaycan və Belarusdan əlavə Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Estoniya və bəzi başqa ölkələr də daxil edilib.Mənbə:https://www.buro247.az 

OXŞAR XƏBƏRLƏR