"Formula-1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisi bu il Malayziyada keçiriləcək

"Formula-1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisi bu il Malayziyada keçiriləcək
SOSİAL
15:46 26.07.2026
144
"Formula-1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisi bu il Malayziyada keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Mərhələ oktyabrın 2-4-də Malayziyanın Sepanq trasında təşkil olunacaq.

"Formula-1" rəhbərliyi mart ayında regiondakı vəziyyətlə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini ləğv etmişdi.

Bəhreyn mərhələsinin aprelin 10-12-də, Səudiyyə Ərəbistanı Qran-prisinin isə aprelin 17-19-da keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, sentyabrın 24-26-da Azərbaycan Qran-prisi Bakıda keçiriləcək.

Qeyd edək ki, "Formula-1" 1999-2017-ci illərdə Malayziyada yarış təşkil edib. Sepanq trasında ən çox qələbə qazanan pilot Sebastyan Fettel olub. Bu trasda son Qran-prinin qalibi isə Maks Ferstappen olub.
 
//apa
OXŞAR XƏBƏRLƏR