Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb

Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb
DÜNYA
19:34 06.03.2024
147
Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb.

Qeyd olunub ki, qoşunların tam olaraq çıxarılması iyunun sonundan gec olmayaraq həyata keçiriləcək. Nəticədə Fransanın Seneqaldakı hərbi mövcudluğu 500 əsgərdən 260-a enəcək.

Seneqalda qalan fransız hərbçiləri əsasən təlimatçılardır. Onlar Seneqal əsgərlərinə təlim verməyə davam edəcəklər.

Xatırladaq ki, 2022-ci ilin payızında Fransanın Prezidenti Emmanuel Makron 2014-cü ildən Qərbi Afrikada Sahel zonasında keçirilən "Barxan” əməliyyatının başa çatdığını elan edib. Mali və Niger hakimiyyətinin tələbi ilə onların ərazilərində yerləşən fransız qoşunları da tamamilə çıxarılıb.
OXŞAR XƏBƏRLƏR