Fransada həddindən artıq istilər 400-dən çox insanın həyatına son qoyub.
AZXEBER.COM xəbər verir ki, Fransanın 52 əyalətində 11-26 avqust tarixlərini əhatə edən istilər səbəbindən 400-dən çox insan vəfat edib.
Fransa Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, avqustun 11-dən 26-a qədər olan isti dalğası əhalinin 46,3 faizinin yaşadığı 52 əyalətə təsir edib.
Həyatını itirənlərin əksəriyyəti 75 və yuxarı yaşda olan insanlardır.
Gülay