Fransalı siyasətçi Aİ-ni “məhv etməyə” çağırış edib

Fransalı siyasətçi Aİ-ni “məhv etməyə” çağırış edib
DÜNYA
19:42 26.01.2024
192
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkəsini Avropa İttifaqından (Aİ) çıxmağa və bu təşkilatı "məhv etməyə” çağırıb.

Bu barədə siyasətçi "X” sosial şəbəkəsindəki səhifəsində Brüsselin "MERCOSUR” ilə azad ticarət sazişinin qəbulunu sürətləndirmək qərarına münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, bu saziş Fransanın kənd təsərrüfatına ciddi ziyan vuracaq: "Bu qərar bizim kənd təsərrüfatımızı öldürəcək. Aİ bizi məhv etməmişdən əvvəl onu məhv edək!”.

OXŞAR XƏBƏRLƏR