Fransanın müdafiə naziri Makronun sözlərinə aydınlıq gətirdi

Fransanın müdafiə naziri Makronun sözlərinə aydınlıq gətirdi
DÜNYA
19:33 08.03.2024
163

"Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı sözləri yanlış şərh edilib”

Bu açıqlama ilə Fransanın müdafiə naziri Sebastyan Lekornyu çıxış edib.

O bildirib ki, söhbət münaqişənin həlli istiqamətində yolların axtarıb tapılması, həmçinin Ukrayna ərazisinin minalardan təmizlənməsi və Ukrayna hərbçilərinə təlim keçilməsindən gedir.

Xatırladaq ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini bildirmişdi. Martın 7-də isə E.Makron Ukraynaya hərbi dəstək məsələsində Fransa üçün heç bir məhdudiyyətin olmadığını vurğulamışdı. 

OXŞAR XƏBƏRLƏR