Azərbaycanın tanınmış vokalçısı, Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Fransanın Kolmar şəhərində çıxış edib. Səfərdən qayıdan vokalçı ANS PRESS-ə müsahibəsində bildirib ki, Kolmar şəhərində keçirilən konsert Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub. Fondun təşkil etdiyi gecədə Azərbaycan xalq, estrada və klassik bəstəkarlarının musiqi və mahnıları böyük auditoriyaya təqdim edilib.Konsertdə Fikrət Əmirovun, Tofiq Quliyevin, Vaqif Mustafazadənin, Rafiq Babayevin, Elza İbrahimovanın əsərləri uğurla ifa olunub. Eyni zamanda məşhur ud və tar ifaçımız əməkdar artist Mircavad Cəfərovun ifasında “Daglarda bayram”, əməkdar artist Teyyub Aslanovun “Gül açdı” mahnısı, caz ifaçısı istedadlı musiqiçi Elçin Şirinov, balabanda Coşqun Sadıqovun ifasında xalq mahnısı “Sarı gəlin”, Diana Hacıyevanın “Summer time”, nağarada Ramiz Kərimovun özünəməxsus ifaları ilə yadda qalıblar.