İspaniyanın “Racing de Ferrol” klubunun futbolçusu Rafa Kazanova komanda yoldaşları ilə qolu qeyd edən zaman xəsarət alıb. ANS PRESS-in verdiyi xəbərə görə, futbolçulardan biri qolun sevincindən komanda yoldaşlarının üzərinə tullanıb və nəticədə onun əli Kazanovanın üzünə dəyib.
Məlumata görə, sonuncu meydanı yalnız xərəkdə tərk edə bilib.