G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Ukraynaya silah verəcəyik

G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Ukraynaya silah verəcəyik
DÜNYA
15:29 16.05.2022
572
G7 ölkələri Rusiyaya xəbardarlıq edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirləri Almaniyanın Şlezviq Holşteyn əyalətində görüşüblər.
 
Yayımlanan birgə bəyanatda Moskva administrasiyasına Ukrayna müharibəsini dayandırmağa çağırıb və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyi bildirilib.
 
Almaniya, ABŞ, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət "Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin iştirak etdiyi toplantının əsas gündəm bəndi Rusiya-Ukrayna müharibəsi olub. Görüşdən sonra verilən birgə bəyanatda Ukraynada müharibənin dayandırılması üçün Moskva administrasiyasına çağırış edilib.
 
Bildirilib ki, G7 ölkələri lazım olduğu müddətdə Ukraynanı silahla təmin etməyə davam edəcək və müharibənin yaratdığı qlobal ərzaq qıtlığının aradan qaldırılması üçün çalışacaq.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR