'Gangnam Style' mahnısına rəqib tapıldı - VİDEO

DÜNYA
14:03 25.12.2012
2923
Cənubi koreyalı reper PSY-ın internetdə izlənmə rekordları qıran və bütün dünyada fenomenə çevrilmiş "Gangnam Style" mahnısına NASA-dan rəqib çıxıb. Belə ki, ABŞ Milli Aerokosmik Agentliyi (NASA) "Gangnam Style" klipinə "Johnson Style" adlanan parodiya hazırlayıb və agentliyin rəsmi internet səhifəsində yerləşdirib. Klip NASA-nın "Conson Kosmik Mərkəzi"nin əməkdaşlarının iştirakı ilə hazırlandığı üçün belə adlandırılıb. Klipdə NASA astronavtları da çəkilib.Klipdə PSY-ın parodiyasını edən Coys Kennon NASA-da təcrübə keçərkən ağlına belə bir layihə gəlib və NASA rəhbərliyi və personalı bu layihəni bəyənərək, klipdə iştirak edib. Parodiya-mahnıda isə NASA-da işçilərin gün ərzində nə işlə məşğul olmalarından bəhs edilir.Qeyd edək ki, "Johnson Style" mahnısının klipi 5 gün əvvəl internetdə yerləşdirildikdən bəri 3,5 milyon istifadəçi tərəfindən izlənib.

OXŞAR XƏBƏRLƏR