Gec yatanlar daha çox risk altındadır – Araşdırma

Gec yatanlar daha çox risk altındadır – Araşdırma
MARAQLI
16:40 06.02.2026
371
Gec saatlara qədər oyaq qalan insanlarda ürək-damar xəstəlikləri riski daha yüksəkdir. Bu qənaət alimlər tərəfindən aparılan genişmiqyaslı elmi araşdırma nəticəsində əldə olunub.

AZXEBER.COM xəbər verir ki, İngiltərə mərkəzli UK Biobank məlumat bazasından götürülən 300 mindən çox insanın sağlamlıq göstəriciləri 14 il ərzində təhlil edilib. Araşdırmanın nəticələrinə əsasən, gec yatmağa meyilli şəxslərdə ilk dəfə infarkt və ya insult keçirmə riski cəmiyyət ortalamasına nisbətən 16 faiz daha yüksəkdir.

Tədqiqatın müəllifləri bildiriblər ki, riskin əsas səbəblərindən biri bioloji ritmlə (bədən saatı) gündəlik həyat tərzi arasındakı uyğunsuzluqdur. Belə ki, insanın təbii olaraq gec yatmağa meyilli olması, lakin cəmiyyətin səhər yönümlü iş və sosial rejiminə uyğunlaşmağa məcbur qalması ürək-damar sisteminə mənfi təsir göstərir.

Araşdırma həmçinin göstərib ki, qadınlar bu riskdən daha çox təsirlənir.

Mütəxəssislər tövsiyə edirlər ki, xüsusilə gecə aktiv olan insanlar yuxu rejimini tədricən normallaşdırmağa, fiziki aktivliyi artırmağa və qidalanma vərdişlərinə daha çox diqqət yetirməyə çalışsınlar. Bu tədbirlər ürək və beyin damar xəstəlikləri riskinin azalmasına kömək edə bilər.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR