Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ

Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
MARAQLI
15:10 19.06.2025
332
Yay aylarının gəlişi ilə birlikdə bir çox insan isti hava səbəbindən gecələr rahat yata bilməməkdən şikayətlənir. Xüsusilə yuxusuz qalmamaq üçün gecə yatarkən ventilyatoru açıq qoymaq geniş yayılmış vərdişlərdən birinə çevrilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, gecə yatanda ventilyatordan istifadə edənlərə mütəxxəsislər tərəfindən xəbərdarlıq olunub.
 
Mütəxəssislərin fikrincə, ventilyatorlar mövcud havanı təmizləmədən otaqda dövr etdirir. Bu isə otaqda olan toz, polen və digər allergenlərin birbaşa nəfəs yollarına daxil olması deməkdir. Hava təmizləmə üzrə mütəxəssislər ventilyatorların filtrsiz işləməsi səbəbindən bu cihazların allergik reaksiyalara səbəb ola biləcəyini bildirirlər. Belə hallarda nəfəs darlığı, öskürək və digər allergik simptomlar müşahidə oluna bilər.

Əgər ventilyatorla yatmaq məcburiyyətindəsinizsə, onu mütəmadi olaraq təmizləmək və içərisində tozun, kirin və polenin yığılmadığından əmin olmaq vacibdir. Allergiyası olan şəxslər üçün isə ən yaxşı seçim hava təmizləyici cihazlardan istifadə etməkdir.

Digər bir təhlükə isə vantilatörün səbəb olduğu davamlı hava axını nəticəsində ağız içinin, dərinin və əllərin qurumasıdır. Həmçinin bu cür hava axını sinus nahiyəsində qıcıqlanma və infeksiyalara yol aça bilər. Əzələ gərginliyi və bədən ağrıları da gecə boyunca vantilatör qarşısında yatmağın nəticələrindəndir. Səhərlər yorğun və əzgin oyanmaq bu hallara nümunədir.

Mütəxəssislər, isti havalarda yuxu keyfiyyətini qorumaq üçün alternativ üsullardan – məsələn, çarşafları soyuducuda saxlayaraq istifadə etmək kimi – istifadə etməyi tövsiyə edirlər.
 
Oksana
OXŞAR XƏBƏRLƏR