Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, rayonun Zəhmət kəndi ərazisində "Niva" və "Toyota Prius" markalı avtomobillər toqquşub.
Yol qəzası nəticəsində 1961-ci il təvəllüdlü V.Həsənov, 1962-ci il təvəllüdlü Ə.Rzayev, X.Bayramova və 2000-ci il təvəllüdlü Ü.Hüseynov xəsarət alıb.
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Hadisənin səbəbləri araşdırılır.