Geely və Volvo ortaq avtomobil buraxır

MARAQLI
14:40 29.08.2013
1361
Geely məşhur İsveç avtomobil brendi Volvo ilə ortaq avtomobil modeli buraxacaq. 
AZXEBER.COM-un məlumatına görə, Çinin əsas avtomobil markası olan Geely bu iddialı planını 2015-ci ildə başa çatdıracaq. Geely indi yeni modelin hazırlanması üzrə araşdırma və inkişaf mərhələsindədir. Brend rəsmiləri Volvo-nun xüsusilə təhlükəsizliklə bağlı müsbət təcrübələrindən faydalandıqlarını bildiriblər.
Qeyd edək ki, sürətlə inkişaf edən Geely şirkəti dünyada məşhur olan Volvo brendini 3 il əvvəl satın almışdır. Həmin vaxtdan Volvo ənənələrini öz avtomobillərində də uğurla tətbiq edən brend dünyanın ən geniş bazarı olan Çini zəbt etməklə yanaşı, daha tələbkar bazarlara doğru irəliləməyə başlayıb. Dözümlü və qənaətcil avtomobilləri London-un taksi-kəbləri kimi məşhurdur.
OXŞAR XƏBƏRLƏR