Gəncə sakini avtomobili insanların üzərinə sürdü - ölən və xəsarət alan var

Gəncə sakini avtomobili insanların üzərinə sürdü - ölən və xəsarət alan var
SOSİAL
10:29 15.07.2022
324
Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.

AZXEBER.COM bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.

O, "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.

A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR