Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a bildirilib ki, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.
Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.