Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alan var

Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alan var
HADİSƏ
20:51 10.06.2025
768
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR