Gəncənin icra başçısına silahlı hücum

SOSİAL
21:56 03.07.2018
13516

Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub.

AZXEBER.COM-un oxu.az-a istinadən verdiyi xəbərə görə, həmin şəxs artıq həbs edilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Qeyd edək ki, Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb. E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

22.03

APA-nın yaydığı məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib. Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.


 

OXŞAR XƏBƏRLƏR