Gənclər üçün yeni müsabiqə elan edildi – Ən yaxşılar axtarılır!

MƏDƏNİYYƏT
18:47 17.06.2014
2515

Gənclər üçün “yenifilm.az” qısametrajlı filmlərin ssenari müsabiqəsi elan olunur

Kino sənətinə həvəs göstərən gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədi ilə “Azərbaycanfilm” kinostudiyası 2014-cü il iyunun 11-dən iyulun 20-dək yenifilm.az qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan edir.

29 yaşa qədər olan müəlliflər - rejissor, ssenaristlər istənilən mövzu və janrda bir və daha çox ssenari təqdim edə bilərlər.

Müsabiqəyə ssenariləri cari il iyulun 15-dək “Azərbaycanfilm” kinostudiyasının poçt ünvanı: AZ1012, Bakı şəhəri, Moskva pr.1 və yaxud [email protected]/* */ elektron ünvanına təqdim olunmalıdır.

Müəllifin özü haqqında qısa məlumatı və rekvizitləri (poçt ünvanı, telefon, e-mail) ssenariyə əlavə olunmalıdır.

Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı ssenari müəyyən edilərək “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında çəkiləcək.

İstehsalına başlanan qalib ssenarilərin müəllifləri ümumi qaydada qonorar alacaqlar.

Qaliblərin adları 2014-cü il avqustun 2-də https://azerbaijanfilm.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaqdır.

OXŞAR XƏBƏRLƏR