İran İsrailə tezliklə güclü və qəti cavab verəcək.
Bunu İran ordusunun general-mayoru Seyid Əbdülrəhim Musəvi Jurnalistlər Günü münasibətilə keçirilən mərasimdə deyib.
O bildirib ki, buna heç bir şübhə yoxdur.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.
///report