"Getmə" (ŞEİR)

"Getmə" (ŞEİR)
KÖŞƏ
13:05 24.05.2011
4648

Qıyma həsrətində batım-boğulum,

Salma  Ayrılığın yadına məni !


Getmə, gözlərinin qurbanı olum,

Qoyma dərd əlində məni çarəsiz !

Güman yox, həyata  bir də doğulum,

Mən xəstə, sabaha çıxmaram sənsiz...


Getmə, gözlərinin qurbanı olum,

Sənsiz nəfəs almaq belə çətindir.

Tükənər taqətim, bağlanar yolum—

Əlacım tək sənin məhəbbətindir.


Getmə, sən gedəntək ruhum uçacaq—

Çətin tab gətirə sənsiz bədəndə.

Sən getsən, ömrümün sonu çatacaq,

Öldür, get—

Can verim sənin əlində.

 

Sədaqət Əhmədova

OXŞAR XƏBƏRLƏR