Fransada aktrisa Robin Raytın toyu olub.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Saint Laurent" moda evinin 32 yaşlı piar-meneceri Klement Jiro ilə ailə qurub.
Rayt və Jiro 2017-ci ildə Kann kinofestivalında tanış olmuşdu. Cütlük ilk dəfə Parisdə moda həftəsində birlikdə görüntülənib. 2018-ci ilin yazında sevgililər nişanlanıb.
Toy La-Roş-syur-Byu bölgəsində ailə üzvlərinin əhatəsində baş tutub. Toydan cəmi iki foto sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, 52 yaşlı Robin ərindən 20 yaş böyükdür.