Gökhan Erol: 'Aygün Kazımova mənimlə ''Bir gecəlik' ... - MÜSAHİBƏ

MAQAZİN
15:10 10.07.2013
4858
Gənc və populyar müğənni Gökhan Erolun AZXEBER.COM-a müsahibəsi- Gökhan bəy, məncə oxuculara da maraqlı olar ki, bu gözəl səsin sahibi kimdir? Özünüzü bir-iki cümləylə təqdim edin.
-Mən Gökhan Erol 28.05.1977 tarixində Türkiyənin Iğdır şəhərində doğulmuşam, əslən azəri kökənliyəm. Atalarım Yerevandan Türkiyəyə köçüblər. Musiqiylə kiçik yaşlarından məşğul oluram. Türkiyədə keçirilən “Popstar alaturka” yarışmasında 2-ci yer olmuşam.- Deməli, ulduzunuz Popstar alaturka proqramında parlayıb?- Bəli, elədiki var.-Gökhan bəy, musiqi təhsiliniz varmı?- Bəli, 2 konservatoriya və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm.-Konsertləriniz barədə biraz məlumat verərdiniz?- Türkiyə və Azərbaycandan başqa Avropanın bir çox ölkələrində konsertlərim olub və məni sevənlər tərəfindən çox möhtəşəm qarşılanıb. 20 illik səhnə həyatımda məni onlar var etdilər.-Keçək Aygün xanımla olan uğurlu duetinizə. Duet oxumaq fikri ilk kim tərəfindən gəldi?- (Gülür) Səhnəmizin divası Aygün xanım Kazımova mənimlə “Bir gecəlik” adlı mahnımı oxumaq istədi. Bu mahnı radiolarda xit olduğu üçün o belə bir qərara gəlmişdi. Mən də təbii ki, bu təklifi sevə-sevə qəbul etdim. Yəni təklif Aygün xanımdan gəldi və bu mənim üçün böyük qürurdur.-Sizin bir çox mahnılarınız Hakan Erol və Leyli İsrafilova imzası daşıyır. Məncə çox da uğurlu alınır. Bu haqda nə deyə bilərsiniz?- Bildiyiniz kimi Hakan Erol mənim qardaşımdır. Leyli xanımla iş birlikləri çox uğurlu alınır. Çünki çox istedadlı insanlardı. Hər zaman mənim yanımda olduqları üçün hər ikisinə də təşəkkür edirəm.-“Mühürlədim” mahnısını qardaşınız Hakan Erolla birlikdə ifa etmisiniz. Onun ifası haqda nə deyə bilərsiniz?- Hakan Bəstəkar və aranjımançı olaraq sənətini davam etdirmək istəyir, amma mən böyük qardaşı olaraq onun oxumasını istəyirəm. Ancaq təbii ki, seçim Hakanındır.-Azərbaycanda daimi yaşamaq fikriniz varmı?- Bu suala belə cavab verə bilərəm ki, hal-hazırda hər iki ölkədə də yaşayıram. Çünki Türkiyədə bir çox məşhur məkanlarda səhnə alıram. Yəni həm orda, həm burda sənətimi davam etdirməyə çalışıram.-Bildiyimiz kimi Azərbaycanda şou-biznes deyincə, ilk ağla toylar gəlir. Bəs Gökhan Erol necə toylara gedirmi?- Bəli. Azərbaycanda çox toylara dəvət alıram və sevə-sevə iştirak edirəm.-Gökhan Erolun prodüsseri varmı?- Aha var. Gənc və istedadlı xanım və mənim də fanatım olan Şəbnəm Rzayeva.-Son olaraq şəxsi həyatınız desək?- (gülür) Bir cümləylə deyim. Tək eşqim sənətimdir.-İnşallah bu sənət eşqiniz sönməz..Belə səmimi müsahibəyə görə sizə dərin minnətdarlığımı bildirirəm.- Çox sağ olun, mən təşəkkür edirəm.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var