Goranboyda minik avtomobili aşıb, sürücü xəsarət alıb

Goranboyda minik avtomobili aşıb, sürücü xəsarət alıb
HADİSƏ
08:35 03.07.2025
174
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki , qəza Balakürd kəndi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Daewoo” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR