Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy–Yuxarı Ağcakənd avtomobil yolunun Tatarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.