Goranboyda minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var

Goranboyda minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var
HADİSƏ
20:47 09.06.2025
262
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağcakənd qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılaraq evin həyətinə düşüb.

Qəza zamanı Ramal Mehdiyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 
/APA
OXŞAR XƏBƏRLƏR