Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy - Goran yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı mirkoavtobusla "KİA" "markalı minik maşını toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bu gün Goranboy-Ağcakənd yolunda "Mersedec" markalı mikroavtobusla "VAZ 2106" markalı minik maşını da toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.