Goranboyda yol qəzası olub - ölən və xəsarət alan var

Goranboyda yol qəzası olub - ölən və xəsarət alan var
HADİSƏ
17:52 07.09.2021
542
Goranboy rayonunda ağır avtomobil qəzası olub.

Hadisə rayonun Goran qəsəbəsinə yaxın ərazidə baş verib.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə, qəzada bir nəfər ölüb və daha bir nəfər ağır yaralanıb. Yaralı, 1963-cü il təvəllüdlü Məmmədova Fatma Məməd qızı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR