İstanbulda keçirilən "Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində təşkil olunan konsertdə azərbaycanlı insənətçilərin çıxışları Türkiyə mətbuatında böyük marağa səbəb olub.
AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Gülyanaq Məmmədovanın "Çırpınırdı Qara dəniz" ifası ayaqda alqışlanıb.
Xəbər proqramları da Xalq artistinin çıxışına xüsusi yer verərək onun ifasını mükəmməl adlandırıblar.
Tamaşaçılar mahnının sonunda ayaq üstə alqışlanan Xalq artistindən onu yenidən ifa etməyi xahiş ediblər.
Qeyd edək ki, gecədə eyni zamanda Xalq artisti, balaban ustadı Əlixan Səmədov, Əməkdar artist Turan Manafzadə, Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, müğənni Çinarə Məlikzadə, tarzən Abdullah Qurbani, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani, tarzən Pərviz Musayev, eləcə də Vüsalə Əsgərova və "Güneşmüzik” rəqs-xor qrupunun ifasında milli mahnılarımız və Əməkdar artist Dilarə Əliyevanın təqdimatında "Azərbaycan-Türkiyə Qardaşlığı" monoloqu səsləndirilib.
Həmin görüntüləri təqdim edirik: