Günay Musayevanın əri yenə biabır oldu

MAQAZİN
13:36 15.01.2013
4771

Türkiyənin populyar aktyoru, azərbaycanlı model Günel Musayevanın həyat yoldaşı Tolqa Karel daha bir qalmaqal çıxarıb.

Ötən gün “Taksim” meydanındakı barlardan birində içib sərxoş olan T.Karelin hesabı ödəməyə pulu olmadığına görə səhərə qədər orada saxlanılıb.Məhşur aktyor sərxoş vəziyyətdə “Mən Tolqa Kareləm, məni hər kəs tanıyır, pulu sonra ödəyərəm” deyə təkid etsə də, barın əməkdaşları bu şərti qəbul etməyiblər.Səhər saat 7-30-a qədər barda saxlanılan aktyor nəhayət barın iki əməkdaşının müşayiəti ilə yaxınklıqdakı bankomata gediblər və hesab ödənilib.Özünə qarşı bu münasibətdən qəzəblənən T.Karel bir daha həmin bara getməyəcəyini deyib. // Gun.Az

OXŞAR XƏBƏRLƏR