Gürcüstanı 'Eurovision-2013'də təmsil edəcək müğənnilərin adları açıqlandı

MƏDƏNİYYƏT
09:00 02.01.2013
1547

Gürcüstanı “Eurovision-2013” mahnı müsabiqəsində təmsil edəcək müğənnilərin adları açıqlanmışdır.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, Gürcüstanı “Eurovision-2013” mahnı müsabiqəsində Sofo Gelovani və Nodar Tatişvili təmsil edəcəklər.

Münsiflər heyəti gələn ilin mayında İsveçdə keçiriləcək mahnı müsabiqəsində iştirak edəcək namizədlər üçün elan olunmuş müsabiqədə onlara üstünlük vermişdir. Hər iki müğənni bir çox müsabiqənin qalibi olmuşlar.Gürcüstan “Eurovision” mahnı müsabiqəsində 6 dəfə iştirak etmişdir.

OXŞAR XƏBƏRLƏR