Göygöldə 37 yaşlı kişi küçədə öldü

Göygöldə 37 yaşlı kişi küçədə öldü
HADİSƏ
20:54 12.06.2025
571
Göygöldə 37 yaşlı kişi küçədə dünyasını dəyişib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1988-ci il təvəllüdlü N.Budaqovun kənd ərazisində olan zaman halı qəfil pisləşib. Ona dərhal təcili tibbi yardım birqadası çağırılıb. Müayinə zamanı 37 yaşlı kişinin öldüyü məlum olub. Dünyasını dəyişən N.Budaqov ailəli olub.

İlkin məlumata görə, N.Budaqovun ciyərində və ürəyində problemləri olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun meyti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR