Gözəllik salonundan oğurluq edən qadın saxlanılıb

Gözəllik salonundan oğurluq edən qadın saxlanılıb
KRİMİNAL
12:34 21.11.2013
2132
Bakıda oğurluq edən qadın tutulub. 
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Pərvanə Əliyeva saxlanılıb. Məlum olub ki, o, sentyabrın 13-də Məhəmməd Hadi küçəsində yerləşən gözəllik salonundan, açıq qapıdan keçmə yolu ilə orada işləyən Yasəmən Tapdıqovaya məxsus, içərisində 900 manat olan pul kisəsini oğurlayıb.(APA)
OXŞAR XƏBƏRLƏR