"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
SİYASƏT
11:21 14.02.2026
343
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

AZXEBER.COM xəbər verir ki, telekanal Azərbaycan liderinin konfransın ilk günündə sıx diplomatik fəaliyyət həyata keçirdiyini önə çəkib.

"Azərbaycan lideri əvvəlcə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşdü. Tərəflər iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Prezident daha sonra Slovakiyanın baş nazirin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşdü. Görüşdə Azərbaycan və Slovakiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu qeyd edildi", - deyə telekanal bildirib.
 
Oxu.Az 

OXŞAR XƏBƏRLƏR