AZXEBER.COM xəbər verir ki, telekanal şəhərdəki son vəziyyət barədə reportaj hazırlayan zaman kameralar Beyrutun müxtəlif bölgələrində baş verən partlayışları qeydə alıb.
Kadrlarda, xüsusilə, şəhərin cənub rayonları üzərində qalxan sıx tüstü buludları aydın görünür. Görüntülərdə partlayışların ardıcıl şəkildə baş verdiyi müşahidə olunur.
Partlayışların səbəbi və mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.










































