Habil Əliyevin səhhətindən son xəbər

MƏDƏNİYYƏT
13:48 21.08.2015
2588
Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin vəziyyəti stabil olaraq qalır.
Mərkəzi Klinik xəstəxananın həkim-reanimatoloqunun ANS PRESS-ə verdiyi məlumatına görə, Habil Əliyevin səhhətində hələ ki, heç bir dəyişiklik yoxdur. Lakin yaşla bağlı sənətkarın orqanizmində hər an dəyişikliklər ola bilər. 
Ötən günlərə nisbətən sənətkar indi özünü daha yaxşı hiss edir və ailə üzlərilə də rahatlıqla ünsiyyət qura bilir. Arada süni nəfəs aparatına qoşulsa da çox vaxt özü sərbəst nəfəs ala bilir. 
Ötən həftənin sonunda vəziyyəti ağırlaşan Habil Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. 
Xalq artistinin ağciyərində və tənəffüs yollarında problem olduğu bildirilir. 

OXŞAR XƏBƏRLƏR