"Bu günlərdə hər kəs şəhidləri yad etsin, bədənlərinə xəsarət yetirməkdən uzaq olsun".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Hacı Şahin "Aşura" günü ilə bağlı çıxışı zamanı deyib.
O, qeyd edib ki, "Aşura" günü insanlara mərhəmət hissi aşılayır. Bu gün haqq və nahaq üz-üzə gəlib. Xalqımız da hər zaman haqqın tərəfindədir.