Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun 2-ci Udulu ərazi vahdində qeydə alınıb.
Ərazi vahidində yerləşən Tava kənd məscidində yaşayan və orda məscid nəzarətçisi olan kənd sakini, 1970-ci il təvəllüdlü Agayev Yusif Əli oglunu məscidin həyətində elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edilir ki, Y.Ağayevi məscidin həyətində artezian quyusunun üstündə olan elektrik nasosunu elektrik xəttinə qoşmaq istəyərkən elektrik cərəyanı vurub.
Faktl bağlı araşdırma aparılır.