“Bunlar İrana işləyən adamlardır”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Muasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda İranın ali lideri Ayətullah Xameneyiyə həsr olunmuş meyxana haqqında danışarkən söyləyib:
“O meyxanaçılar başa düşməlidir ki, İran bu gün Azərbaycana təzyiq eləmək üçün bizim bir nömrəli düşmənimiz olan Ermənistana maddi yardımlar edirlər. Bunlar İrana işləyən adamlardır. Bu gün təkcə meyxanaçılar, sənət adamları deyil siyasətçilər arasında da İrana xidmət edən qüvvələr var. Bunu görə də bu cür meyxanaçılar da siyasətçilər kimi İrana işdiyib, Xamneynini tərifləyirlər. Buna imkan vermək olmaz. Onlar unutmasınlar ki, biz Azərbaycanda təxribat törətmək istəyənlərin hər zaman qarşısında olacağıq”.
Xatırladaq ki, ötən gün meyxanaçılar Surxay Qedirxum və Sadiq Ceferinindediyi “Ağam Xameneyi” adlı meyxana oxuyub.
AZXEBER.COM