Düşünürəm ki, turnirdə ən yaxşı oyunumuzu göstərdik. Çalışdıq, ancaq qol epizodlarından yararlana bilmədik. Zərbələrimiz qapı tirinə tuş gəldi.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun yarımfinalında Braziliyaya uduzduqları oyundan (0:2) sonra deyib.
O, hakimlərin Argentinaya qarşı qərəzli olduğunu, rəqibin lehinə qərarlar verdiyini bildirib: "Braziliya bizdən üstün deyildi, çirkin qayda pozuntuları edirdilər. Rəqib bir epizodda əllə oynadı, ancaq hakimlər bir dəfə də VAR-dan istifadə etmədi. Bu, inanılmazdır. Görüşün baş hakimi hər zibilə vərəqə göstərirdi, ancaq rəqibin lehinə qərar verirdi".
Qeyd edək ki, Argentina bu məğlubiyyətlə turnirlə vidalaşıb, Braziliya isə finala çıxıb.