Həbsxanada dolabdan telefon tapıldı

KRİMİNAL
12:09 18.12.2013
1665

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.

AZXEBER.COM Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Vahid oğlu İsmayılovun və 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2; 228.4 və 66.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Tariyel oğlu İsmayılovun ərzaq saxladıqları dolabçaya baxış keçirilib.Baxış zamanı onlara məxsus 1 (bir) ədəd “Shino” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Hazırda fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR