Həcc ziyarəti üçün sənəd qəbulu başladı - Qiymət açıqlandı

Həcc ziyarəti üçün sənəd qəbulu başladı - Qiymət açıqlandı
SOSİAL
15:21 26.01.2017
1008

Qafqaz Müsəlmanları İdarəsinin Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

QMİ-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.

 

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

 

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

 

Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.

 

 
OXŞAR XƏBƏRLƏR