Həkimdən koronavirus xəbərdarlığı: Qışda geniş yayılacaq

SAĞLAMLIQ
14:23 19.10.2023
538
Koronavirus qışda ən çox yayılan və dominant xəstəlik olacaq.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanası Yoluxucu Xəstəliklər Hissəsindən professor Alper Şener "Covid-19"un "Omicron" variantının alt törəməsi olan "Eris" haqqında açıqlamalar verib.
 
O, "Covid-19"un Türkiyədə bu qış respirator virus infeksiyaları arasında ən çox görülən və dominant olacağını söyləyib.

O həmçinin qeyd edib ki, 2-3 il əvvəl yaşadığımız kimi, Covid-19 infeksiyalarında xəstəxanaya yerləşdirmə nisbətlərində ciddi artım olmayacaq. 

"Covid-19"un hazırda dominant olmadığını xatırladan professor Türkiyədə yoluxucu virus infeksiyalarından dolayı təcili yardıma müraciət edənlərinin sayında artım olduğunu bildirib. 
 
Prefessor həmçinin qeyd edib ki, müraciət edənlərin arasında "Covid-19"a yoluxanlar üstünlük təşkil edir.
 
Günel

OXŞAR XƏBƏRLƏR