Həkimlə narkotik tərkibli dərmana görə dava etdi - Yanğın törətdi

Həkimlə narkotik tərkibli dərmana görə dava etdi - Yanğın törətdi
SOSİAL
21:47 07.07.2026
339
Gəncədə poliklinikada insident baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, təyin olunan dozadan artıq narkotik tərkibli dərman tələb edən vətəndaş qadın həkimlə mübahisə edib.

Daha sonra həmin şəxs üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, hadisə 7 iyul saat 12:50 radələrində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

Məlumata görə, vətəndaş nevroloqla mübahisə etdikdən sonra yanğın törətməyə cəhd edib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR