Həkimlər başı kəsilən şəxsi “diriltdi” - VİDEO

MARAQLI
13:45 29.08.2013
7364

Ural cərrahları çox mürəkkəb cərrahiyyə əməliyyatı gerçəkləşdirib. Belə ki, onlar xəstəxanaya ölümcül vəziyyətdə daxil olan və başı bir qulağından o biri qulağınadək kəsilən bir nəfərin həyatını xilas ediblər.

Unikal əməliyyatı Ykaterinburq həkimləri gerçəkləşdirib. 38 yaşlı Aleksandr Dubininin qanaxmasını durduraraq onun, faktiki üzülmüş başını yerinə bitişdiriblər.

Cərrahların dediyinə görə, doğum günü bu hala düşən Ekaternburq sakini möcüzə nəticəsində xilas olub: “Xəstə bizə çox ağır vəziyyətdə daxil olub. Onun qanaxmadan ölə biləcəyindən qorxurduq. Çünki baş faktiki yerindən qopmuşdu. Bıçaq millimetr geriyə getsəydi, həmin an yuxu arteriyasına toxunacaqdıq. O zaman biz həqiqətən də gücsüz vəziyyətə düşəcəkdik. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Dubinin iki gündən sonra normal danışdı və yemək yeməyə başladı”.

Hadisənin necə baş verdiyini, necə bu hala düşdüyünü isə pasiyent heç cür xatırlamır: “Mən həmin ərəfədə spirtli içki qəbul etmişdim. Ad günüm idi. Qayınanam və qayınatam evdə yatmışdı. Daha heç nə xatırlamıram. Bircə onu bilirəm ki, gözümü açanda özümü reanimasiyada gördüm”.

Hadisə ilə başlı təhqiqat aparılır.//teleqraf.com

div.lifenews_ru a:hover{color:red !important}
OXŞAR XƏBƏRLƏR