"Həm cavanlarda, həm də yaşlı şəxslərdə COVİD-dən ağırlaşmalar var" - İnfeksionist

SAĞLAMLIQ
11:39 26.12.2020
574
"İndi ağır xəstələrin konkret yaş qrupunu demək mümkün deyil. Çünki biz həm cavanlarda, həm də yaşlı şəxslərdə COVİD-dən ağırlaşmanı görürük". 

AZXEBER.COM xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, hazırda ağır xəstələrdə daha çox müşahidə edilən simptomlar təngnəfəslik, boğulma hallarıdır:

"Söz yox, qayda olaraq yenə də deyirik ki, 65 yaşdan yuxarı, xroniki xəstəliyi olanlar risk qrupuna daxildir. Bunlarda ağırlaşmanı biz hər zaman müşahidə edə bilərik. Amma bizim 35-40 yaşında elə cavan xəstələrimiz var ki, heç bir yanaşı xəstəliyi də yoxdur, amma xəstəliyi çox ağır dərəcədə keçirir. Hətta bu yaş qrupunda dünyasını dəyişən xəstələrimiz də olur. Yəni, bu daha çox orqanizmin verdiyi cavab reaksiyasından, virus yükündən çox şey asılıdır. Xəstə nə qədər virus yükü alırsa, immun sisteminin ona verdiyi cavab reaksiyasından asılı olaraq xəstəliyin gedişatı fərqli olur. 

Elə yaşlı xəstələrimiz də var ki, xroniki xəstəlikləri də var, 65 yaşın üzərindədir, amma xəstəliyi çox rahat, yüngül keçirirlər. Yəni, burada konkret yaş qrupu qeyd etmək düzgün deyil. 

Hazırda ağır xəstələrdə daha çox müşahidə edilən simptomlar təngnəfəslik, boğulma hallarıdır. Ağır xəstələrdə saturasiya otaq havasında 90-dan az (< 90) olur, tənəffüs sayı (taxipnoe) isə 30/dəq müşahidə edilir. Ağır xəstələrdə radioloji müayinə zamanı ağciyər tutulumu -50 % üzərində nəzərə çarpır.

Yeni növ mutasiyaya uğramış virusun yoluxuculuğu 70% artıb. Bu daha çox insanın yoluxması deməkdir. Bu eyni zamanda xəstəxana yükünün artması, ağırlaşma və ölüm hallarının artması riski yaradır. Ümid edirəm ki, aparılan ciddi karantin şərtlərinə əməl edərsək belə bir vəziyyət ilə qarşılaşmarıq".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır