HƏMAS-ın yeni Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın kim olması maraq doğurub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilən İsmayıl Haniyənin yerinə Yəhya Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri seçildiyini açıqlayıb.
Sinvar HƏMAS-ın önəmli simalarından biri kimi tanınır və bu yeni mövqeyi ilə daha da ön plana çıxıb.
Yəhya Sinvar kimdir?
HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə anadan olub. 1948-ci ildə İsrailin işğal etdiyi torpaqlarda qalan əslən Əsqəlalon (Aşqelon) şəhərindən olan İsmayıl Haniyə kimi Sinvar da ali təhsilini Qəzza İslam Universitetinin Ərəb dili və ədəbiyyatı bölməsində tamamlayıb.
İlk dəfə 1982-ci ildə İsrail tərəfindən həbs edilən və 4 ay həbsdə qalan Sinvar 1985-ci ildə "gizli təşkilat yaratmaq" ittihamı ilə ikinci dəfə həbs edilib. Sinvar 1988-ci ildə İsrail tərəfindən həbs edildikdə, o, 4 dəfə ağırlaşdırılmış həbs cəzasına məhkum edilmiş və 23 il həbsxanada yatdıqdan sonra azad edilib.
2011-ci il oktyabrın 11-də HƏMAS-ın Misir vasitəsilə İsraillə imzaladığı məhbus mübadiləsi müqaviləsi çərçivəsində azad edilən Sinvar HƏMAS-ın Siyasi Bürosunun üzvü olub.
Sinvar 2017-ci ildə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilən İsmayıl Haniyəni əvəz edərək Qəzzadakı Həmas Siyasi Bürosunun rəhbəri olub. 2021-ci ilin may ayında ərəb mətbuatında dərc olunan xəbərdə Sinvarın İsrailin hava hücumundan sağ çıxdığı bildirilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının ilk qurucularından sayılan Sinvar həm də HƏMAS-ın təhlükəsizlik və dəvət təşkilatı adlanan Məcd Qüvvələrinin qurucusudur.
HƏMAS-ın təhlükəsizliyini üzərinə götürən Sinvar mətbuatda tez-tez adı çəkilməyən adlardan biri kimi tanınır.
Günel