Hər kəs Deniz Sekinin Bakıdakı görüntülərindən danışır - Heç kim onu tanımadı - FOTOLAR

Hər kəs Deniz Sekinin Bakıdakı görüntülərindən danışır - Heç kim onu tanımadı - FOTOLAR
MAQAZİN
11:53 16.05.2022
574
Türkiyənin məşhur müğənnisi Deniz Sekinin Bakı konserti onun səhnə performansından çox görüntüsü ilə yaddaşlarda iz buraxıb. 

AZXEBER.COM xəbər verir ki, D.Seki konsertdən öncəki paylaşımında onu makyajı ilə tamamilə dəyişən Azərbaycanın tanınmış make-up mütəxəssisi Günəş Nura təşəkkürünü bildirib. O, Günəş Nurla görüntülərini paylaşaraq möhtəşəm işə görə onu təbrik edib. 

Deniz Sekinin yeni halı izləyiciləri tərəfindən də böyük marağa və təəcübə səbəb olub. Belə ki, bəzi izləyiciləri onu tanımadıqlarını, bir çoxu isə onu Beyonsa oxşatdıqlarını yazıblar. 

Sözügedən görüntülər Türkiyə mediasının da diqqətindən yayınmayıb. Belə ki, qardaş ölkə mediası 51 yaşlı müğənninin makiyaj ilə öz yaşından 20 yaş daha cavan göründüyünü qeyd ediblər. 

Həmin görüntüləri təqdim edirik:
 






OXŞAR XƏBƏRLƏR