"Həyatla mübarizəm hər zaman səssiz olub, içimdə çəkmişəm" - İradədən etiraf

"Həyatla mübarizəm hər zaman səssiz olub, içimdə çəkmişəm" - İradədən etiraf
MAQAZİN
13:29 27.10.2025
121
"Həyatla mübarizəm hər zaman səssiz olub. İçimdə çəkmişəm. Bu cəhətim məni çox əyib, amma qırmayıb, böyüdüb, yetişdirib".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial media hesabında yazlb.
 
Yaşadığı çətinliklərdən sonra istədiyinə nail olduöunu deyən sənətçi, yanında olan hər kəsə təşəkkür edib:
 
"İnsan bir işə ürək qoyunca, əmək verincə sonunun da gözəl olmağını istəyir. Hamımızın həyatında özünə cəsarət verib, məcbur etdiyi anlar olur. Adına qismətin cəhdə aşiqliyi də deyə bilərik. Əsas da inanmaqdır, görünməyənə güvənmək, yola ürəklə çıxmaqdır. Həyatla mübarizəm hər zaman səssiz olub. İçimdə çəkmişəm. Bu cəhətim məni çox əyib, amma qırmayıb, böyüdüb, yetişdirib. Bu həyat mübarizə edənləri sevir. Nə demək istədiyimi bilənlər bilir. Mənim kimi bilənlərə, yaxşılara rast gəlin, inşallah. Məni sevgisiylə qucaqlayan, diqqetini əsirgəməyən, zəhmətimi çəkən hər kəsə çox təşəkkür edirəm. Bu səsin, bu səhnənin, bu gecənin mənası siz və sizin sevginizdir. Ən böyük təşəkkürüm əlimi bərk-bərk tutan canım bacım, bacılarım və ailəmədir".
 
Aysel
 

 

OXŞAR XƏBƏRLƏR