Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursa şəhərindəki qədim Darüziafə qəsrində ulu öndəri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar ehsan vermişdir.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, salona toplaşmış Bursa Uludağ Universitetinin müəllim və tələbələri, şəhər bələdiyyəsi və ictimaiyyətin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Din xadimi Heydər Əliyevin ruhuna müqəddəs Qurandan Yasin surəsi oxumuşdur.Uludağ Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Tayyar Arı ulu öndər Heydər Əliyevin Azərbaycan, Türkiyə və bütün türk dünyası qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişdir.Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin əməkdaşı Ramil Ağayev təmsilçiliyin Türkiyədə həyata keçirdiyi layihələr, gördüyü işlərdən bəhs etmişdir.